• 23 Noyabr 2024 23:47

Putindən dünyanı qorxuya salan XƏBƏRDARLIQ – Nüvə müharibəsi QAÇILMAZDIR?

Son zamanlar Rusiya rəsmiləri dünyanı nüvə müharibəsilə təhdid etməyə başlayıblar. Onlar az qala hər açıqlamalarında “qırmızı xətt”in keçiləcəyi təqdirdə nüvə silahına əl atacaqlarına işarə vururlar.

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının nüvə hücumunun qarşısının alınması üzrə daimi iclasında çıxışı zamanı bəyan edib ki,  Rusiya qardaş Belarus dövlətinə təcavüz ediləcəyi təqdirdə dərhal nüvə silahından istifadə edəcək.

Rusiya dövlətinin başçısı qeyd edib ki, yenilənmiş Rusiya Nüvə Doktrinasının layihəsi nüvə hücumunun qarşısının alınmasının həyata keçirildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyasını genişləndirib.

“Sənədin yenilənmiş variantında hər hansı qeyri-nüvə dövlətinin, lakin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə Rusiyaya qarşı təcavüzün birgə hücum kimi qiymətləndirilməsi təklif edilir”.

Beləliklə, görünən odur ki, Putin nüvə hücumu ilə bağlı əvvəllər də səsləndirdiyi xəbərdarlığını indi daha açıq şəkildə bəyan etməyə başlayıb.

Bundan əvvəl də, Putin başda olmaqla Kreml rəsmiləri “qırmızı xətt”in keçiləcəyi təqdirdə Rusiyanın nüvə silahına əl ata biləcəyini dəfələrlə bəyan ediblər.

Nüvə müharibəsi təhdidi nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Putinin açıqlaması əslində zəiflik əlamətinin göstəricisidir:

“Putinin səsləndirdiyi təhdid xarakterli bu açıqlama çox güman ki, zəiflik əlamətidir. O, bununla guya NATO-nu qorxutmağa çalışır. Nüvə müharibəsi baş verərsə, bu dünyanın məhvi demək olacaq. Çünki Rusiya və Qərbin nüvə arsenalı yaşadığımız planeti yer üzündən silməyə kifayət edər. Yəqin ki, bunu Moskvada da anlayırlar”.

Tacxeber.com

Oxşar xəbərlər