Aparıcının qızı bağçada xəsarət alaraq dünyasını dəyişdi
Həmid Əsədzadəyə ağır itki üz verib
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
Tacxeber.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.