ABŞ Rusiyanı artıq kriptovalyutadan vurur
ABŞ Rusiyanın bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Bu haqda məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Tacxeber.comxəbər verir ki, rusiyalı Sergey İvanova kiberməkanda çirkli pulların yuyulması sxemində iştirak edir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Cryptex sanksiya siyahısına salınıb.
ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların “beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri” bildirilir. Məlumata görə, Şahmametov “oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların” satışı üçün platformanın yaradıcısıdır.