• 22 Noyabr 2024 23:07

Sosial şəbəkələrdə kriptovalyuta tələsi – Məqsəd insanlardan pul qoparmaqdır

“Kripto sektorda “airdrop” adlı layihələr olur. Bunlar insanların sosial şəbəkələrdə aktivliyi hesabına pul qazanan şirkətlərdir. Məsələn, proqrama girib proqramı basmaqla insanlar nəsə əldə etmək istəyirlər”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında kriptovalyuta mütəxəssisi Elnur Quliyev deyib.

Mütəxəssis bu gün “Binance” və digər kriptovalyuta satış proqramlarında “listing” olunan “Hamster Kombat” tokenləri ilə bağlı fikirlərini bölüşüb.

 

O diqqətə çatdırıb ki, əvvəllər “Pi Coin” kimi layihə var idi:

“Universitetin 3 müəllimi sınaq formasında bunu yaymışdılar. İnsanlar da pulsuz koin əldə etmək üçün hər şey etməyə hazırdırlar. Bu da marketinqə səbəb olan bir layihə oldu. Nəzərə almalıyıq ki, həmin tətbiqləri telefona yükləyəndə o proqram bütün data məlumatlarını götürür. Bu, xüsusi xidmət orqanlarının, yaxud hansısa qurumun burada marağı ola bilər. Onlar datanı əldə etmək üçün marketinq gedişi edirlər”.

 

“Hətta bunlar birjaya çıxsalar belə, 1 milyon koini 1 sent edəcəklər. Bu da yenə fırlanır, gəlir insanların maliyyə savadsızlığına gətirib çıxarır. Onların məqsədi insanlardan pul almaqdır, onlara pul vermək yox. Məsələn, “Hamster” çıxanda yüksək dəyərdə olmayacaq. Məsələn, 2 milyon HMSTR bərabər olacaq 1 sentə. Əgər bir adam 10 milyon koin yığsa, 2-3 dollar pul qazanacaqlar. Yəni elə nisbətdə pul verəcəklər ki, sentlər olacaq. Yəni hamıya uzaqbaşı 2-3 dollar çatacaq, ya yox”, – söyləyib.

 

E. Quliyev əlavə edib ki, pulsuz əldə olunan hansısa aktivin axırının bu formada olması normaldır:

“Əgər heç bir formada ödəniş etmirsənsə, “Hamster”dən tələb edə bilməzsən ki, niyə istədiyim kimi qazanc əldə edə bilmədim? Burada, sadəcə, vaxt və əmək gedir, datalar verilir. Burada 95% insan uduzur, 5% insan sadəcə pul qazana bilir. Bunlar insanların maliyyə savadsızlığı və pula hərisliyinin nəticəsidir ki, yekunda belə şeylər baş verir”.

Tacxeber.com

Oxşar xəbərlər