• 27 Sentyabr 2024 17:20

Balıqla soğanı birgə yeyin! – İnanılmaz faydaları

Balıq insan sağlamlığına çox faydası olduğundan payızın gəlişi ilə yenidən süfrələrin bəzəyi olmağa başlayıb.  Balıqsevərlər bağlıq yeməklərinin yanında onunla yaxşı istehlak edilə bilən tərəvəzlərə üstünlük verirlər. Bunlardan biri də soğandır.

 

Tacxeber.com xəbər verir ki, balıqla soğanın birgə yeyilməsinin insan sağlamlığına çox faydası var. Bunun insanlara hansı  faydasının olduğunu bildikdən sonra isə soğansız balıq yeməyəcəksiniz.

 

Birincisi, balıqla yanaşı yediyiniz soğan qanda şəkərin tənzimlənməsinə çox yaxşı təsir edir.

 

İkincisi, təbii antioksidant olan soğan balıq kimi faydalı bir qida ilə birləşdirildikdə immun gücləndirici təsiri ilə sizi xəstəliklərdən qorumağa müsbət təsir edir.

 

Üçüncüsü, ayrı-ayrılıqda sağlamlığa ciddi faydası olan bu iki məhsulu birlikdə istehlak etdikdə sağlamlığınıza ikiqat təsir edəcək.

Tacxeber.com

Oxşar xəbərlər