Rusiyada ruslar üçün ikili vətəndaşlıq qadağan edilə bilər.
Rusiya KİV-ləri xəbər verir ki, bununla bağlı “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 10-cu maddəsinə dəyişiklik edilməsi təklif edilir.
Qanun layihəsinin müəllifləri Vətəndaşlıq haqqında 1997-ci il Avropa Konvensiyasına istinad edərək, dövlətə başqa dövlətin vətəndaşlığına malik olan şəxslərdən Rusiya vətəndaşlığını ləğv etmək hüququnun verilməsini təklif edirlər.
Layihə müəlliflərinin fikrincə, bu tədbir ikinci vətəndaşlığı olan ruslar tərəfindən sui-istifadə hallarının qarşısını almağa kömək edəcək.
Dövlət Dumasında tezliklə məsələyə baxılacağı bildirilib.