Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir
Son vaxtlar evlərini sutkalıq kirayə verənlərin sayı artıb.
Tacxeber.com bildirir ki, eskpertlərin fikrinə görə şəhərin xüsusən mərkəzi ərazilərində yerləşən mənzilləri günlük kirayə vermək ev sahibləri üçün daha sərfəlidir.
Xarici turistlər xüsusilə belə evləri “booking” platforması üzərindən rezervasiya edirlər. Burada yüksək qiymətləndirilən və şəraiti yaxşı olan evlərə tələbat daha çoxdur.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, Azərbaycanda, bölgələrdə elə evlər var ki, günlük kirayəsi min manatdan da yüksəkdir. Əgər turist qaldığı evdən, onun sahibindən razı olursa, onlayn platformada bunu yüksək xal ilə qiymətləndirir. Nəticədə turistlər belə evləri seçərkən daha rahat olurlar.
Ekspert bildirir ki, son vaxtlar 3, 4 və 5 ulduzlu hotellərə də tələbat artıb. Buna səbəb əvvəlki illərlə müqayisədə ölkəmizə üz tutan turistlərin sayının çoxalmasıdır.