• 28 Sentyabr 2024 01:23

Netanyahu BMT tribunasından İranı hücumla HƏDƏLƏDİ

İsrailin Baş naziri Benyamin Netanyahu İran rəhbərliyinə ölkəsinə hücum etmək barədə xəbərdarlıq edib.

Tacxeber.com xəbər verir ki, bunu Netanyahu Baş Assambleyanın 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.

“Tehrana bir mesajım var: əgər İran bizə hücum edərsə, biz də onlara hücum edəcəyik. Bütün Yaxın Şərqdə olduğu kimi İranda da İsrailin əlinin çata bilməyəcəyi yer yoxdur”, – Netanyahu İran rəhbərliyinə müraciət edərək deyib.

Tacxeber.com

Oxşar xəbərlər