• 28 Sentyabr 2024 01:34

Trampdan Zelenski – Putin münasibətlərinə BƏNZƏTMƏ: “Tanqoda iki nəfər tələb olunur” – VİDEO

“Bu gün səmərəli görüşümüz olacaq. Hesab edirəm ki, bizim bu gün toplaşmağımız çox yaxşı əlamətdir. Bizim Zelenski ilə çox yaxşı münasibətlərimiz var. Mənim həm də bildiyiniz kimi, Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkiləri qazansaq, bu münaqişəni çox tez bir zamanda həll edəcəyik”.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu Yorkdakı “Tramp Tower”də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

 

O, Ukrayna və Rusiya arasında danışıqlara ehtiyac olduğunu qeyd edib.

 

Trampın Putinlə münasibətlərlə bağlı sözlərinə cavab olaraq Zelenski “Məncə, bizim daha yaxşı münasibətimiz var” deyə şərh edib. Tramp isə öz növbəsində Zelenskiyə “Tanqo üçün iki nəfər tələb olunur” cavabını verib.


Tacxeber.com

Oxşar xəbərlər