AzTV aparıcısı 2 yaşlı qızının ölümündən danışdı
AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının “Candy Kids” adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
Tacxeber.com qaynarinfo-ya istinadla xəbər verir ki, o, hadisə barədə bunları deyib:
“Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər, uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan 3 gün sonra çek-ap, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götüzdürmüşəm. 3 ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm nə məsələdir”.
Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib:
“Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm… Görüntülərə də baxa bilmirəm”.
Aparıcı bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib:
“Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça iş yerimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik.