“Müəllimlər Günü”nü ləğv edin! – Tanınmış simadan QALMAQALLI SÖZLƏR…
“Videonu izləyən kimi bu müəllimin dərdinin gündəmə gəlmək oldugunu anlamaq çətin deyil. İşlərimin çoxlugundan günü belə unutmuşdum. Çəkilən videorolik mənə gülməli və absurd gəldi, düzü. Sonra maraq məni bürüdü, nə üçün ölkədə yalnız oktyabrın 5-i yaxınlaşanda bu qədər ajiotaj yaranır?!”
Tacxeber.com xəbər verir ki, yuxarıdakı fikirləri “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllimə Fatimə Hacıbəyli sosial media hesabında paylaşıb. O, mövzuya belə davam edib:
“Digər peşə sahibləri : neftçilər, jurnalistlər, həkimlər təltif olunurlar, dövlət tərəfindən qiymətli hədiyyələr; ev, avtomobil, mükafatlar alırlar, bu çox təqdirəlayiqdir. Əslində, belə də olmalıdır, bunlar insana motivasiya verir. Amma müəllim günü gələndə bir dəstə çiçək belə rüşvət sayılır”.
F.Hacıbəyli bildirib ki, inkişaf etmiş ölkələrdə müəllimlər üçün hər hansı bir gün xüsusi olaraq qeyd olunmur: