Mahir Emreli komanda yoldaşı ilə dalaşıb?
Mahir Emreli “Nürnberq”də onu təhqir edən komanda yoldaşı ilə dalaşıb. “Bild”in məlumatına görə, millimizin hücumçusu Yannik Hofmann və Finn Elçlə mübahisə edib.
Futbolçumuz Finnlə yüngül sözləşib, Hofmanna isə Emreliyə məşq zamanı sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbiləşən Yannik Hofmann Emrelini ingilis dilində təhqir edib.
Baş məşqçinin köməkçisi Ceremi Polenz Almaniya mətbuatına açıqlamasında məsələyə aydınlıq gətirib: “Belə emosiyaların olması pis deyil. Şifahi mübahisələrin olması normal haldır”.
Tacxeber.com xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən Mahir Emrelinin anası və meneceri Elnurə Emreli xəbərin əsassız olduğunu bildirib: