• 29 Sentyabr 2024 01:30

Parkinq pulunu ödəməmişdi – Cəzası azaldıldı

Münhenin İkinci Dairə Məhkəməsi Almaniya yığmasının sabiq qapıçısı Yens Lemannın əmlaka ziyan vurması və fırıldaqçılıq cəhdi ilə bağlı cəzasına yenidən baxıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

 

2022-ci ildə Lemann qonşusunun qarajına daxil olub. O, əvvəlcə videokameraların naqillərini kəsib və zəncirli mişarla qaraja zərər vurub. Bununla belə, kameralar hələ də hadisəni qeyd edə bilib. Məhkəmədə idmançı yaddaş itkisindən əziyyət çəkdiyini və bu anı xatırlamadığını bildirib. Həmçinin 2021 və 2022-ci illərdə Lemann 2 dəfə Münhen hava limanında parkinq üçün ödəniş etməyərək parklama qaydalarını pozub.

 

2023-cü ilin dekabrında keçmiş futbolçu 420 min avro cərimələnib. Prokurorluq onun 10 aylıq həbs cəzası da istəyib.

 

Ötən gün Münhenin İkinci Dairə Məhkəməsi onun cəzasına baxıb və cəriməni 135 min avroya endirib. Buna səbəb kimi isə Lemannın məsuliyyəti öz üzərinə götürməsi, qonşusu ilə razılığa gəlməsi və parkinq üçün pul ödəməsi göstərilib.

 

Qeyd edək ki, Lemann 1998-2008-ci illərdə Almaniya millisində oynayıb. O, “Şalke”, “Milan”, “Borussiya” (Dortmund) və “Arsenal” klublarının formasını geyinib.

Tacxeber.com

Oxşar xəbərlər