Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib
Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib
Böyük Britaniyanın hazırkı xarici işlər naziri Liz Tras Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. Beləliklə, Truss yeni baş nazir vəzifəsini Boris Consondan alacaq.
Tacxeber.az xəbər verir ki, İngiltərə baş naziri Boris Consonun yayın əvvəlində Mühafizəkarlar Partiyasının liderliyinə görə baş nazir vəzifəsindən istefa verməsindən sonra başlayan proses başa çatıb.
Səsvermə nəticəsinə əsasən hazırkı xarici işlər naziri Tras 81 min 326 səs toplayaraq partiyanın lideri seçilib. Onun rəqibi Sunak isə 60 min 399 səs qazanıb.
Çıxışında Boris Consona təşəkkür edən Trass, Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın 3-cü qadın baş naziri olacaq.