• 23 Noyabr 2024 22:05

Nəsrullahın öldürülməsinə İran agenti kömək edib? – ŞOK FAKTLAR

İran agenti İsrailə Livanın Hizbullah şiə hərəkatının lideri Həsən Nəsrullahı məhv etməyə kömək edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri sentyabrın 29-da Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“Yəhudi dövlətinə Beyrutun cənub ətraflarında bir şiə liderinin olması barədə İran agenti tərəfindən məlumat verilib”, – materialda deyilir.

Hücum zamanı Nəsrullah Hizbullahın qərargahında olub. Nəşrin məlumatına görə, zərbə endirilən yerdə 30 m dərinlikdə nəhəng çala əmələ gəlib.

İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın 27-də “Yeni Nizam” əməliyyatı zamanı hərəkatın rəhbərini, eləcə də digər Hizbullah komandirlərini öldürüb. Bildirilib ki, Hizbullah liderinin yerləşdiyi qərargaha 80-dən çox raket atılıb. İsrail Müdafiə Nazirliyinin sözçüsü Peter Lerner bildirib ki, Nəsrullahın ləğv edilməsinə səbəb onun İsraillə müharibəyə genişmiqyaslı hazırlığı olub.

Tacxeber.com

Oxşar xəbərlər