İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ
İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.
Tacxeber.com xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universiteti rektoru Məhəmməd Təqi Aşubi yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.