• 23 Noyabr 2024 00:26

Ermənilər indi də Rusiya torpaqlarına göz dikib – “Böyük Ermənistan”ı orada yaratmaq istəyirlər 

Ermənilər indi də Rusiya torpaqlarına göz dikib – “Böyük Ermənistan”ı orada yaratmaq istəyirlər 

Cənubi Qafqazda nəinki dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq, heç tarixi Azərbaycan torpaqlarında yaratdıqları formal xarakter daşıyan mövcud Ermənistan dövləti xülyası boşa çıxan ermənilər indi də Rusiya ərazisinə iddia etməkdədirlər. Ermənilər bu coğrafiyada reallaşdıra bilmədikləri xam xəyallarını indi Qafqazın şimalında – Rusiya ərazisində Krasnodar, Stavropol diyarında həyata keçirmək iddiasını ortaya qoyublar. Ermənilər mərkəzi Krasnodar diyarının Armavir şəhəri olmaqla yeni bir dövlətin qurulmasına çalışırlar. Artıq son illərdə bu istiqamətdə aktiv fəaliyyətə də başlayıblar.  Niyyətlərini reallaşdırmaq üçün ermənilər son illərdə mediada davamlı olaraq çıxışlar edib, hətta bir neçə dəfə “Krasnodar Erməni Respublikası” şüarı altında aksiyalar da keçiriblər.

Bu günlərdə Armavirdə fəaliyyətini yenidən bərpa edən “Krunk” qəzetini də həmin planın tərkib hissəsi hesab etmək olar.

Ermənistanın rəsmi “armenpres” media qurumu xəbər verir ki, Rusiyanın Armavir şəhərində bir əsrdən artıq tarixə malik erməni “Krunk” qəzetinin nəşri yenidən bərpa olunub.

Qeyd edək ki, “Krunk” qəzeti ilk dəfə 1917-ci ilin may ayında keşiş Nerses Yertetsyanın redaktorluğu ilə Armavirdə nəşr olunmağa başlayıb. Nəşr şəhərin erməni əhalisinin həyatını işıqlandırsa da, SSRİ illərində bağlanıb.

“Krunk” postsovet illərində yenidən dirçələrək, 1995-1999-cu illərdə Artem G. Avanesovun rəhbərlik etdiyi “Armavir” Erməni Mədəniyyət və Xeyriyyə Cəmiyyəti tərəfindən nəşr olunub. Bir sıra səbəblərdən qəzet yenidən nəşrini dayandırmalı olub. Qəzetin fəaliyyətinə qadağa qoyulması, onun separatçı, başqa ölkələrin torpaqalırna ərazi iddiası ilə çıxış etmək olub.

Rusiya Erməniləri İttifaqının Armavirdəki yerli şöbəsinin sədri Robert Qalustov “Krunk” qəzetinin nəşrini yenidən bərpa etmək qərarına gəlib. Qəzetin ilk nömrəsinin təqdimatı keçirilib və baş redaktoru tarix elmləri namizədi Sergey Quroklyan təyin edilib.

“Krunk” oxucular arasında pulsuz paylanacaq.

“Krunk” (azərbaycanca durna deməkdir-red) ermənilərin öz çirkin niyyətlərini həyata keçirmək üçün yaratdığı bir təşkilatdır. Onlar bu adda mətbu orqanı buraxmaqla xam xülyalarını geniş oxucu kütləsinə sırımağa çalışırlar. “Krunk” ermənilərin Azərbaycan torpaqlarına ərazi iddiasında və işğalçılıq siyasətinin reallaşdırılmasında aktiv rol oynayıb.

Sözügedən nəşr ötən əsrin 80-ci illərində Xankəndidə də yaradılıb və təşkilat Robert Köçəryanın rəhbərliyi altında fəaliyyət göstərib. “Krunk” ermənilərin çirkin niyyətlərini həyata keçirmək üçün Qarabağın tarixinin saxtalaşdırılması ilə yanaşı, yerli erməni əhalisi arasında silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmələ məşğul olub.

Britaniyalı araşdırmaçı jurnalist Tomas de Vaal öz kitabında qeyd edir: “Krunk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başlayıb”.

O baxımdan qeyd etmək olar ki, dəfələrlə fəaliyyəti qadağan edilən “Krunk”un yenidən Krasnodarda  bərpa edilməsi, ermənilərin Rusiya ərazisində yeni dövləti yaratmaq planlarını reallaşdırmasına start verməsindən xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, “Krunk” nəinki Krasnodarı, Stavropol diyarına, o cümlədən Abxaziyanı qədim “erməni torpağı” hesab edir və bu coğrafiyalara da ərazi iddiası ilə çıxış edirlər.

Tacxeber.az

Oxşar xəbərlər