İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? – Təfərrüatlar açıqlandı
İsrail kəşfiyyatı yalnız bu yaxınlarda Livanın şiə qruplaşması “Hizbullah” ilə müharibənin gedişatını dəyişdirə bildi və onun lideri Həsən Nəsrullahı aradan götürmək üçün təşkilatın daxilinə sızdı.
Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bəzi uğursuz əməliyyatlardan sonra İsrail taktikanı dəyişib və kəşfiyyat məlumatı toplama səylərinə böyük diqqət yetirib.
Hazırkı və keçmiş rəsmilərə görə, İsrailin etibar edə bildiyi kəşfiyyat məlumatlarının dərinliyi və keyfiyyəti son iki ayda dəyişib.