Əsədin villası niyə vurulub? – General qardaşının ölməsi xəbəri
Suriya mənbələri Əsədin qardaşının İsrailin hücumundan sonra öldürülməsi və ya yaralanması ilə bağlı xəbərləri təkzib edib.
Belə ki, İsrailin Suriya prezidentinin qardaşı Maher Əsədin Dəməşq yaxınlığında yerləşən villasına endirdiyi hava zərbəsi itkisiz ötüşüb.
Tacxeber.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Təşkilatın məlumatına görə, Suriya ordusunun 4-cü diviziyasının komandiri Maher Əsəd hücum zamanı paytaxtdan kənarda olub.
Ərəb mediasının məlumatına görə, villadan tez-tez “Hizbullah” liderləri və İran hərbçiləri istifadə ediblər.