• 30 Sentyabr 2024 17:24

“Tottenhem” “Mançester Yunayted”ə rəhm etmədi

 

Təmsilçimiz “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Tottenhem” növbəti qələbəsini qazanıb.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Premiyer Liqanın 6-cı turu çərçivəsində “Mançester Yunayted”in qonağı olan londonlular 3-0 hesabı ilə qələbə qazanıblar.

 

Qonaqların qollarını 3-cü dəqiqədə Conson, 47-ci dəqiqədə Kulusevski və 78-də Solanke vurub. “Qırmızı şeytanlar”ın heyətində isə kapitan Bruno Fernandes matçın 42-ci dəqiqəsində qırmızı vərəqə alıb.

 

Bu qələbə ilə “Tottenhem” 6 turdan sonra xallarını 10-a yüksəldib. “Mançester Yunayted” isə 7 xalda qalıb. Növbəti turda paytaxt təmsilçisi “Brayton”la, “mankunyanlar” isə “Aston Villa” ilə qarşılaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər