• 25 Noyabr 2024 07:30

Hər saniyə Amerikaya köçməyimə şükür edirəm”

Aparıcı Hüsniyə Məhərrəmova Amerikadakı həyatı ilə bağlı paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, aparıcı 6 aydır ABŞ-yə köçdüyünü bildirərək, xoşbəxt olduğunu vurğulayıb:

 

“Amerikaya gəldiyim ilk gün. Düz 6 aydır Amerikadayam. Bu 6 ayda elə bir gün olmadı ki, mən burada olduğuma görə şükür etməyim. Hər gün, hər saat, hər saniyə… Bunun səbəbləri çoxdur. Amma ən əsas səbəb – insanlardı. Qarşıma çıxan əjdaha adamlardır. Onların sayəsində bir gün olsun belə özümü uzaqda, tək, çətinlikdə hiss etmədim. Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, Amerikadayam!”.

Tacxeber.com

Oxşar xəbərlər