“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir” – Deputat
Vətəndaşların bank kartlarından pul vəsaitinin mənimsənilməsi ilə bağlı nəzarət gücləndirilməlidir.
Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddə daha da sərtləşdirilməlidir: “Pensiya və əməkhaqqını mənimsəməyin qarşısı qəti şəkildə alınmalıdır”.