• 24 Noyabr 2024 12:34

Yəhudi və fars xalqı sülh içində olacaq” – Netanyahudan çağırış

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

 

Netanyahu bu barədə sosial şəbəkə hesabında video yayımlayıb.

 

Baş nazir ingiliscə etdiyi müraciətdə bildirib ki, mövcud rejim hər keçən saniyə İran xalqını uçuruma aparır. Bununla yanaşı, hakimiyyət xalqın maraqlarına əhəmiyyət vermir:

“Əgər hakimiyyət bununla maraqlansaydı, Yaxın Şərqdə mənasız müharibələrə milyardlarla dollar vəsait xərcləməyi dayandırardı. Hazırda Livan və Qəzzanı müdafiə edən bir rejim görürsünüz. O rejim sizinlə maraqlansaydı, həyatınızı yaxşılaşdırmağa başlayardı. Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xaricdəki müharibələrə xərclədiyi külli miqdarda pul övladlarınızın təhsilinə yatırılır. Səhiyyə xidmətlərinizi, ölkənizin infrastruktur, su və kanalizasiya kimi ehtiyaclarını yaxşılaşdırır. Sadəcə təsəvvür edin!”

 

Netanyahu fikirlərini belə əsaslandırıb:

“İran nəhayət azad olduqda, hər şey düşündüyünüzdən də fərqli olacaq. Qədim yəhudi və fars xalqları, nəhayət, sülh içində olacaq. Həmin gün gələndə rejimin 5 qitədə qurduğu terror şəbəkəsi iflas edib parçalanacaq”. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər