“Zurabişvili fırıldaqçıdır” – Kaxa Kaladze
Tbilisi meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilini ölkənin imicinə xələl gətirməkdə ittiham edib.
Tacxeber.com Gürcüstan KİV-ə istinadla xəbər verir ki, o, Zurabişvilinin “ölkənin imicinə xələl gətirmək üçün hər şey etdiyini” vurğulayıb.
“Konstitusiyanı ilk pozan şəxsin səfərini başqa necə qiymətləndirmək olar? Əslində bunun əksi olmalıdır, o, Konstitusiyanı birinci müdafiə etməlidir”, – deyə Kaladze Zurabişvilinin bu gün almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşlə əlaqədar Almaniyaya səfərini qiymətləndirib.