• 23 Noyabr 2024 02:03

Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı…

Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı suallardan yayındı...

Samvel Karapetyan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsini müşahidə etmir…

 

Sentyabrın 28-də Ermənistandakı “müqəddəs” Üçmiədzinin “ana taxtı”nda, “müqəddəs kral Trdatın açıq qurbangahı”nda bütün ermənilərin ali patriarxı və katolikosu II Qareginin əli ilə “ən şanlı dünyanın təqdis” mərasimi keçirilib.

 

Tacxeber.com xəbər verir ki,  “ArmenianReport”un yaydığı  məlumata görə, mərasimdən əvvəl erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan jurnalistlərlə söhbətində Ermənistan-Rusiya münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib: “Mənə elə gəlir ki, bu münasibətlərdə kəskinləşmə yoxdur”.

 

ABŞ tərəfindən sanksiya qoyulmuş iş adamlarının siyahısında olan Rusiya oliqarxı “bu gün onların vaxtı olmadığını” deyərək erməni jurnalistlərin digər suallarını cavabsız qoyub.

 

Xatırladaq ki, erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyanın “Taşir” qrupu 2015-ci ildən, yəni hələ Serjik Sərkisyanın hakimiyyətdə olduğu vaxtdan Ermənistan elektrik şəbəkələrini alıb və idarə edir.

 

Rusiya milyarderi Samvel Karapetyan 2023-cü ilədək  işğal altında qalan Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin dayaqlarını möhkəmlətmək üçün böyük “xeyriyyə” işləri də görüb. Moderator.az bu haqda dəfələrlə məlumat verib.  Məsələn, S.Karapetyan Xankəndi hava limanının qanunsuz tikintisinə 10 milyon dollardan artıq vəsait köçürüb.  O, 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq  2020-ci ilədək işğal altındakı Azərbaycan torpaqlarında 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyib. Və s. və i.a.

 

2021-ci il iyunun 18-də Azərbaycan Respublikası Baş Prokurorluğu S.Karapetyan barəsində Yuxarı Qarabağda döyüş əməliyyatlarında silah, döyüş sursatı və hərbi texnikanın qaçaqmalçılığının təşkili və s. ittihamlarla həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edib.

 

Bu günlərdə verdiyimiz məlumatda bildirildiyi kimi, Ermənistan hökuməti xeyli vaxtdır ki, Rusiya vətəndaşı Samvel Karapetyanın rəhbəri olduğu “Taşir qrupu”ndan Ermənistan  elektrik şəbəkəsinin alınması məsələsini  fəal şəkildə qaldırıb. Sentyabrın 19-da hakim “Vətəndaş sazişi” partiyasının  Milli Assambleyadakı fraksiyası parlamentdə “elektrik enerjisi təchizatı sahəsində mövcud problemlər və onların həlli yollarını” müzakirə edib…

Tacxeber.com

Oxşar xəbərlər