İlk DƏFƏ: İnsan 1-ci tip şəkərli diabetdən sağaldı
Çinli tədqiqatçılar dünyada ilk dəfə 25 yaşlı bir xəstəni kök hüceyrə nəqli ilə müalicə edərək 1-ci tip diabetin müalicəsində mühüm addım atıblar.
Tacxeber.com-ın Lent.az-a istinadən məlumatına görə, bu innovativ yanaşma nəticəsində qızın mədəaltı vəzi üç aydan az müddətdə insulin istehsal etmək qabiliyyətini bərpa edə bilib.
Bu nəticəyə nail olmaq üçün alimlər xəstənin mədəaltı vəzi hüceyrələrini kök hüceyrəyə çevirərək yenidən proqramlaşdırıblar. Bu kök hüceyrələrdən bədəndə insulin istehsalına cavabdeh olan yeni Lanqerhans adacıqları yaradılıb. Məlumata görə, bu adacıkların təxminən 1,5 milyonu xəstənin qarın əzələlərinə vurulub.
Bu kəşf 1-ci tip diabetin bərpa oluna biləcəyinə ümid verir. Transplantasiyadan sonra qız bir ildir ki, insulin inyeksiyasına ehtiyac duymadan yaşayır, bu da onun həyat keyfiyyətini xeyli yaxşılaşdırıb. O, indi əvvəllər ona qadağan olunmuş şirniyyatlardan həzz ala biləcəyini məmnuniyyətlə qeyd edir.