Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib.
O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.