“Rusiya bu müharibədə uduzsa…” – Duqindən şok hədə
“Rusiya bu müharibədə uduzsa…” – Duqindən şok hədə
Ötən günlərdə terror aktı nəticəsində qızı Darya Duqinanı itirən rusiyalı politoloq Aleksandr Duqin Ukrayna müharibəsindən danışıb.
Tacxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ukraynadakı müharibənin Rusiya üçün “ölüm-dirim mübarizəsi” olduğunu deyən Duqin bu ölkənin Qərbin təsiri altında olduğunu bildirib.
“Ukrayna Rusiyaya zərər vermək və onu məhdudlaşdırmaq üçün yaradılıb. Ukraynanı itirmək Qərb üçün itkidir, amma böyük itki deyil. Rusiya NATO-nun maraqlarını və varlığını, Avropa Birliyi və ABŞ-ın varlığını təhdid etmir”, – politoloq vurğulayıb.
Duqin nüvə silahlarından istifadənin mümkünlüyünə də diqqət çəkib. O, Rusiya Prezidenti Vladimir Putinin də əvvəllər nüvə silahının istifadəsi ilə bağlı açıqlamalar verdiyini söyləyib.
“Hər şey hələ də nəzarət altındadır və plan üzrə gedir. Əgər Rusiya görsə ki, bu müharibədə uduzub, suverenliyi təhlükə altındadır, şübhəsiz ki, nüvə silahından istifadə edəcək”, – Duqin deyib.
Müəllif: Mənsur Rəğbətoğlu