• 03 Oktyabr 2024 17:26

Ömürlük həbs verilən qardaşlara 24 il sonra bəraət verildi.

ABŞ-da Qrin Bey şəhərindən ömürlük həbs edilmiş iki günahsız qardaşa bəraət verilib.

 

Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, David və Robert Binz davası 1987-ci ildə başlayıb. Belə ki, “Good Times” barında işləyən Sandra Lison zorlanaraq, öldürülüb. Onun qalıqları meşədə tapılıb. Binz qardaşları da həmin gecə “Good Times”a gələnlər arasında olublar. 2000-ci ildə onlar Lisonu öldürməkdə heç bir dəlil olmadan təqsirləndiriliblər.

 

2023-cü ildə “Wisconsin Innocence Project” cinayət yerində tapılan DNT-nin genetik profilini yaradıb və xüsusi verilənlər bazalarına yükləyib. Beləliklə, onun işçiləri əsl günahkarı – Uilliam Hendriksi tapmağı bacarıblar. Nəticədə qardaşların günahsız olduğu ortaya çıxıb. Onlar nahaq yerə 24 il həbsdə yatıblar. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər