Ukraynaya verilən F16-lar rus qırıcılarından geri qalır – ABŞ generalı
Kollektiv Qərb ölkələri tərəfindən Ukraynaya verilən F-16 təyyarələrinin köhnə modelləri Rusiyanın müasir qırıcıları ilə rəqabətə tab gətirməyəcək.
Bu fikrləri ABŞ Silahlı Qüvvələrinin istefada olan general-mayoru Qordon Devis Business Insider-ə deyib.
“Bu təyyarələrə ən qabaqcıl sistemləri yerləşdirsəniz belə, onlar yenə də ən yaxşı rus qırıcılarını geridə qoya bilməyəcəklər”, – Devis vurğulayıb.
O əlavə edib ki, F-16-nın əsas çatışmazlıqlarına onun məhdud uçuş məsafəsi və hava hücumundan müdafiə vasitələrinə qarşı həssaslığı daxildir.
Portalın məlumatına görə, indiyədək Qərb Ukraynaya F-16-nın yalnız köhnə modifikasiyalarını verib. Onlar zəif xüsusiyyətlərə malikdir, o cümlədən radar avadanlığı baxımından geri qalır. Qeyd olunur ki, ilin sonuna kimi daha 20-yə yaxın belə qırıcı Ukraynaya təhvil veriləcək.