• 03 Oktyabr 2024 23:27

Hicablı qadınlar da siqaret ÇƏKİR – İslam bu barədə nə deyir?

İctimai məkanlarda siqaret çəkənlərə çox rast gəlirik. Kişilərin xarici görünüşündən müsəlman olub-olmadığını anlamaq olmasa da, hicablı qadınların dindar olduğunu anlamaq asandır. Amma son zamanlar hicablı qadınların da ictimai məkanlarda siqaret çəkdiyini müşahidə edirik.

Bəs siqaretlərə İslamda münasibət necədir?

İlahiyyatçı Tural İrfan bu barədə danışıb. O bildirib ki, siqaret çəkmək Qurana görə haramdır.

 

“Çünki sağlamlığa təhlükə yaradır və israfçılıqdır. İsraf və cana qəsd etmək də Quranda birbaşa haram sayılır. Ancaq istisna hallar var ki, çoxdan siqaret çəkən adamlar əgər siqareti tərgitsə, səhhətində problem yaranarsa, bu zaman istifadə edə bilər, lakin məhdud olaraq və ictimai yerdə olmadan”.

“Günahınızı böyüdür…”

İlahiyyatçının sözlərinə görə, ictimai yerdə siqaret çəkmək qazandığınız günahı iki qat artırır:

“Ələlxüsus da dindar və dini qiyafədə olan adamların ictimaiyyət içində siqaret çəkməsi doğru deyil. Çünki günah əməli ictimailəşdirmək onun təbliğatına xidmət edir. Hicabda siqaret çəkmək dinin abrını aparmaqdır. Ölkəmizdə əvvəllər qadınların ictimai yerlərdə siqaret çəkməsinə rast gəlinmirdi. Son zamanlar isə buna rast gəlinir.

Din xadimlərinin çoxu məscidin qarşında siqaret çəkir və başqaları da onlardan ibrət götürür. Gərək bu kimi əməllərin doğru olmadığını onlar təbliğ etsinlər. Amma özü siqaret çəkən adam da necə başqasını çəkindirə bilər? Bu da absurddur. Odur ki, dini qiyafədə olan, yaxud hicabda olan insanın ictimai yerlərdə siqaret çəkməsi günahı böyütməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər