• 04 Oktyabr 2024 13:22

Consondan Netanyahu barədə şok açıqlama – “Tualetimə cihaz qoydu”

Consondan Netanyahu barədə şok açıqlama - “Tualetimə cihaz qoydu”

İngiltərənin keçmiş baş naziri Boris Conson İsrailin baş naziri Benyamin Netanyahunu onun tualetinə dinləmə qurğusu qurmaqda ittiham edib.

 

Tacxeber.com “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, britaniyalı siyasətçi bu barədə öz xatirələrində yazıb .

 

İddiaya əsasən, bu cihaz tezliklə Britaniya təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib.

 

“Conson iddia edir ki, İsrailin baş naziri 2017-ci ildə onun şöbəsinə baş çəkdiyi zaman onun tualetini istifadə etdikdən sonra orada dinləmə cihazları aşkarlanıb” – nəşr qeyd edir.

 

Eyni zamanda, Conson qəzetə verdiyi müsahibədə baş verənlərlə bağlı təfərrüatlı danışmaqdan imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər