• 30 Oktyabr 2024 20:17

Ukrayna ordusu Şimali Koreyanın 6 işğalçı məhv edib

Ümumilikdə zərbə zamanı düşmənin 20-dən çox əsgər və zabiti məhv edilib. Artıq Rusiya odurdusunda Şimali Koreya hərbiçiləri də döyüşürlər.

 

Müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş Donetsk bölgəsində Ukrayna ordusunun zərbəsi nəticəsində Şimali Koreyadakı “Koreya Xalq Demokratik Respublikası”(KXDR) adlanan diktatura rejiminin 6 zabiti də daxil olmaqla, düşmənin 20-dən çox hərbi qulluqçusu məhv edilib. Şimali Koreyanın daha 3 nümayəndəsi də yaralanıb.

 

Tacxeber.com “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Kyiv Post” nəşri məlumat yayıb.

 

Nəşr yazır ki, Şimali Koreya hərbçiləri “rus həmkarları ilə danışıqlar aparmaq” üçün Ukraynanın işğal olunmuş ərazilərinə gəliblər.

Nəşrin kəşfiyyat mənbələri bildiriblər ki, zərbə Rusiya işğalçılarının nəzarətində olan əraziyə Ukrayna Müdafiə Qüvvələri tərəfindən endirilib.

 

Zərbə zamanı ümumilikdə düşmənin iyirmidən çox əsgər və zabitinin öldürüldüyü bildirilir.

 

Rusiya sosial şəbəkələrində belə xəbərlər yayılıb ki, zərbədən əvvəl ruslar Şimali Koreya nümayəndələrinə öz şəxsi heyətlərinin hücuma və müdafiəyə hazırlığını nümayiş etdiriblər…

Tacxeber.com

Oxşar xəbərlər