• 24 Noyabr 2024 04:46

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır -Şərbətovanın xəbəri yoxdur?

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır -Şərbətovanın xəbəri yoxdur?
     

Hər il olduğu kimi 5 oktyabr Müəllimlər günü ilə əlaqədar bəzi məktəblərdə yenə pul yığılması prosesinə başlanılıb.

 

Halbuki Elm və Təhsil Nazirliyi hər il olduğu kimi bu il də 5 oktyabr – Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərib.

 

Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri – maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.

 

Bu dəfə Beynəlxalq Müəllimlər günü ilə bağlı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi R.M.Sadıqov adına 136 nömrəli məktəbdə şagirdlərdən 20 manat pul yığılması tələb olunub. Pullar isə məktəbin 1B sinfinin valideyn komitəsi tərəfindən vatçap qrupu vasitəsilə yığılır.

 

Bununla bağlı Bizim.Media-ya həmin sinfin valideynləri şikayətlənib.

 

Bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. Onlar məktəbdə hər il Müəllimlər Günü ilə bağlı pul yığıldığını iddia ediblər. Üstəlik bu yaxınlarda təmirlə əlaqədar da onlardan pul istənilib.

 

Maraqlısı isə odur ki, valideyn komitəsinin sədri vatçap qrupunda göndərdiyi səs yazısında valideynləri pulu vermələrinə qısnayaraq, 20 manatın əslində çox az məbləğ olduğunu, hətta buna etiraz edənləri utandıracaq və aşağılayacaq tonla təhqir edib.

 

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaratdıq. Qurumdan məsələnin araşdırılacağı bildirilib.

 

Qeyd edək ki, 136 nömrəli məktəbin adı bundan əvvəl də qalmaqallarda çəkilib. (Bizim.Media)

Tacxeber.com

Oxşar xəbərlər