• 24 Oktyabr 2024 01:22

İran Türkmənistanla sərhədi niyə bağladı?

İran oktyabrın 4-dən qeyri-müəyyən səbəbdən Türkmənistanla sərhədini bağlayıb.

 

Tacxeber.com xəbər verir ki bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, türkmən sahibkarları, zəvvarlar və müalicə üçün qonşu ölkəyə gedən insanlar sərhəddən geri qaytarılır.

 

Yük maşınları da ölkələrin sərhəd-keçid məntəqəsindən buraxılmır.

Sərhədin bağlanmasının səbəbləri dəqiq məlum deyil.

Tacxeber.com

Oxşar xəbərlər