Mask: “Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq”
İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.
Tacxeber.com xəbər verir ki, İlon Mask bu haqda “X” hesabında danışıb.
Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib.