• 23 Noyabr 2024 18:14

Qadın valideyn iclasından sonra 64 kiloqram arıqladı

Həyatda baş verən hər hadisənin bir səbəbi var…

qadin-valideyn-iclasindan-sonra-64-kiloqram-ariqladi

139 kiloqram çəkisi olan Britaniya sakini iki il ərzində 64 kiloqram arıqlamağı bacararaq uğurunun sirrini açıb.

 

Tacxeber.com xəbər verir ki, onun hekayəsini “Daily Mirror” yazıb.

 

Erin Drotleff düzgün qidalanma sayəsində artıq çəki ilə bağlı problemin yaşanmadığı bir ailədə böyüdüyünü deyib. Lakin sonradan yemək bişirməyə vaxt qalmayıb və Drotleff ailəsi ilə birlikdə yarımfabrikat və qəlyanaltılar yeməyə başlayıb. Məktəbdə oxuduğu illərdə artıq çəkili olub və ona xüsusi ləqəb qoyubmuşlar. Üstəlik, ailə üzvləri də britaniyalı xanımı məsxərəyə qoyub və o, acıqdan daha çox yeməyə başlayıb.

 

Drotleff müxtəlif pəhriz və həblərin köməyi ilə artıq çəki ilə mübarizə aparmağa çalışsa da, hər dəfə yenidən kökəlib. Nəticədə 2022-ci ilə qədər onun çəkisi 139 kiloqrama çatıb. O, qızının məktəbində valideyn-müəllim iclasına qatıldıqdan sonra arıqlamaq qərarına gəlib. Məlum olub ki, valideyn iclası binanın tam axırında keçiriləcək və ona çatmaq üçün dəhlizlə xeyli getmək lazımdır.

 

“Yolun yarısında baldırımdakı əzələ partladı. Mən bir səs eşitdim və dərhal təsvirolunmaz bir ağrı hiss etdim”, – Drotleff deyib.

 

Bundan sonra o, həyat tərzini dəyişmək və nəyin bahasına olursa olsun arıqlamaq qərarına gəlib. Səhər yeməyindən əvvəl britaniyalı qadın qəhvə içib, göyərti yeyib, səhər yeməyində yumurta və ya yulaf ezmesi yeyib, nahar və şam yeməyi isə jasmin düyüsündən və souslu tərəvəzlərdən ibarət olub. Drotleff, gecələr soyuducuya qaçmamaq üçün nahardan sonra qəlyanaltı edib.

 

Qadın çox gəzməyə başlayıb. Arıqlamağa başlayandan altı ay sonra güc məşqləri üçün idman zalına gedib. O, həftədə üç dəfə idman edib. Bundan əlavə, zaman keçdikcə Drotleff qaçmağa başlayıb, baxmayaraq ki, o, hələ də bu fəaliyyətə nifrət etdiyini etiraf edir.

 

Nəticədə, 2024-cü ilin əvvəlinə qədər o, 76 kiloqrama qədər arıqlamağı bacarıb. Hazırda o, onlayn arıqlama kursları açıb və onunla eyni vəziyyətdə olanlara kömək edir.

 

Arıqlamaq istəyənlər üçün Drotleff “prosesi həddindən artıq çətinləşdirməməyi” tövsiyə edir. “Məşq etməyə deyil, qidalanmaya diqqət yetirin və bir müddət gözləyin”, – britaniyalı qadın öz təcrübəsini bölüşüb.

Tacxeber.com

Oxşar xəbərlər