Papaya Kiyev və Moskvaya getmək qadağan edildi
Papaya Kiyev və Moskvaya getmək qadağan edildi
Dizimdə problem yarandığı üçün həkim indiyədək Kiyev və ya Moskvaya getməyi qadağan edib. Bununla belə, hər iki prezidentlə daimi təmasda oluran.
Tacxeber.az xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
“Səfər dəqiq deyil. Hələ ki, bilmirəm. Sabah Prezident Zelenski ilə telefon danışığım var. Amma gedə bilmirəm, çünki Kanadaya səfərdən sonra dizimin sağalması bir qədər yavaşladı və həkim mənə qadağan etdi. Amma telefonla əlaqə saxlayıram və bacardığımı edirəm. Hər kəsdən də bacardığını etməyi xahiş edirəm”, – bildirib.
Papa Fransisk müharibə ilə bağlı dialoq yolunun çətin olduğunu etiraf edib.