• 23 Noyabr 2024 13:59

Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir

 

Ukrayna-Rusiya müahribəsində arxa cəbhə ön cəbhədən daha təhlükəli olmağa başlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildiirb ki, hər iki tərəf qələbə əldə etmək və qarşı tərəfi daha tez tükəndirmək üçün ön cəbhədən daha çox arxa cəbhədəki obyektləri – yanacaq anbarlarını, yol və körpüləri, toplantı məntəqələrini, hərbi təyinatlı məhsullar istehsal edən zavodları, enerji infrastrukturunu və s. hədəf alır.

 

Müharibə uzandıqca “dərinlik qarşıdurmaları”nın daha da genişləndiyinə diqqət çəkən mənbə, tərəflərin müharibə meydanından kənarda apardıqları müharibənin yaxın aylarda daha da genişlənəcəyi qənaətindədir. Həm Ukrayna, həm də Rusiya arxa cəbhəyə endirilən zərbələri hərbi qüvvələrə zərbə vurmaq səylərinin bir hissəsi” adlandırır ki, bu da tərəflərin “dərinlik müharibəsi”nə verdikləri önəmi göstərir.

 

Xatırladaq ki, Ukrayna Rusiyanın neft emalı zavodlarının sıradan çıxarılmasına xüsusi önəm verir. Rəsmi Kiyev hesab edir ki, bu, əsas gəlirini neft ixracı hesabına təmin edən Rusiya üçün ciddi maliyyə böhranı deməkdir.

Tacxeber.com

Oxşar xəbərlər