• 23 Noyabr 2024 07:04

Maaş artdıqca xərclər artır – Səbəbləri

Maaş artdıqca xərclər artır - Səbəbləri

Pul yığmaqdan danışanda, bir çox şəxslər deyirlər ki, maaş artandan xərclərim də çoxalıb. Ona görə, pul yığa bilmirəm. Bəs səhv harda edilir? Niyə maaşımız artsa da, xərclərimiz də artır?

 

Yaşayış tərzi: Daha çox gəlir, bəzən daha yüksək yaşayış tərzinə keçidə səbəb olur. İnsanlar daha bahalı məhsul və xidmətlərə yönəlir. İstifadə etdiyimiz məhsul və xidmətlərin də qiymətləri artdığı üçün artıq istər-istəməz maaşlarımıza adekvat olaraq xərclərimiz də artmış olar.

 

Daha çox ehtiyaclar: İllər keçdikcə, yeni ehtiyaclar yaranır. Məsələn, yeni avtomobil, ev, ya da daha çox əyləncə xərcləri. Maaş az olduqda, bu xərclər edilmədiyi üçün artanda, bu kimi ehtiyaclar xərcimizə təsir edir.

 

Təzyiq və gözləntilər: Ətrafdakı insanlar, dostlar və ailə daha yüksək standartlar gözləyə bilər. Bu, insanları daha çox xərcləməyə yönləndirir.

 

Psixoloji faktor: İnsanın gəliri artdıqca, özünü daha az maddi çətinlikdə hiss edir. Bu, bəzən daha sərbəst xərcləməyi təşviq edir. “Qazanıram, xərcləyim” kimi düşüncəsi də az olmur.

 

İnvestisiya əvəzinə istehlak: Gəlir artsa, insan investisiya etmək əvəzinə, bunun yerinə daha çox istehlak etməyə meyilli ola bilər.

 

Bu səbəblərə görə, maaş artdıqca xərclərin də artması təbii haldır. Bunu nəzərə alaraq, maliyyə planlaması etmək önəmlidir. Daha çox qazananın çox xərcləmək haqqıdır, amma doğru xərcləmək bizim gələcəyimizi düşünməyimiz deməkdir.

Tacxeber.com

Oxşar xəbərlər