• 25 Noyabr 2024 07:03

“Ölkəmizə qarşı təzyiqlər çox güclü olmağımızdan irəli gəlir” – Elman Nəsirov

“Tarix sübut edir ki, ölkələr iki halda tənqid hədəfinə çevrilir. Ölkələr ya çox güclü, ya da çox zəif olanda beynəlxalq təzyiq altına düşürlər. Biz bunu 1990-cı illərdə yaşamışıq”. 

Tacxeber.com xəbər verir ki, bu fikirləri parlamentin bugünkü iclasında deputat Elman Nəsirov deyib.

O, bugünkü təzyiqlərin ölkəmizin çox güclü olmasından irəli gəldiyini bildirib:

“Bu gündə ölkəmiz çox güclü dövlətdir və güclü dövlət başçısı var. Ölkəmizə təzyiqlər var və eyni mərkəzdən təzyiqlər başlayıb. ABŞ isə bu məsələdə öncül mövqedədir”.

Tacxeber.com

Oxşar xəbərlər