Rusiya və İran müdaxiləyə başladı – Biri Harris, digəri Trampı dəstəkləyir
Rusiya, İran və Çin noyabrda ABŞ-da seçki prosesinə müdaxilə edir.
Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Voice of America” yazır.
ABŞ kəşfiyyatına görə, seçicilər bu ölkələr tərəfindən təşkil edilən dezinformasiya və təsir kampaniyaları hücumuna məruz qalır. Bu kampaniyanın məqsədi təkcə qarşıdan gələn prezident seçkilərinin nəticələrinə təsir göstərmək yox, həm də prosesin özünü şübhə altına almaqdır.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya Respublikaçılar Partiyasının namizədi Donald Trampın şanslarını artırmaq məqsədilə təsir kampaniyası aparır, bu məqsədlə Demokratlar Partiyasından namizəd olan vitse-prezident Kamala Harrisin kampaniyasına zərər vurmağa çalışır.
İranın səyləri isə Harrisə kömək etməyə yönəlib. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan qrupa aid Tramp əleyhinə haker və sızma əməliyyatı göstərir.
ABŞ kəşfiyyat hesab edir ki, Çin hələlik prosesə fəal şəkildə müdaxilə etməyib, amma səylərini prezident seçkiləri ilə paralel keçirilən Konqres seçkilərinə yönəldib. Pekinin məqsədi amerikalı seçiciləri Çinin maraqlarına zərərli kimi qəbul edilən namizədləri, xüsusən də Tayvana dəstək ifadə edənləri rədd etməyə inandırmağa çalışmaqdır.
Amerika kəşfiyyatı bildirir ki, Rusiya və Kuba da Konqresə seçkilərə müdaxilə etməyə çalışır.
Tacxeber.com