• 25 Noyabr 2024 03:24

Bakı Hava Limanından geri qaytarılan fəal “Kürdəxanı”ya göndərilib.

Keçmiş siyasi məhbus, ictimai fəal Nicat İbrahim Bakı Hava Limanından geri qaytarılandan bir neçə gün sonra saxlanılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Arqument.az”a Nicat İbrahimin həyat yoldaşı Pərvin İbrahim məlumat verib.

 

O deyib ki, həyat yoldaşı sentyabrın 6-da Moldovaya gedərkən Bakı Hava Limanından geri qaytarılıb, ona ölkədən çıxışına “stop” qoyulduğu deyilib.

 

“Yoldaşım azad düşüncələrinə görə 2020-ci ildə şərlənərək 15 ay azadlıqdan məhrum edilmişdi. 2022-ci ildə biz Moldovaya gedəndə aeroportdan yoldaşım Nicat İbrahimi buraxmadılar. Dediər ki, ona DİN tərəfindən “stop” qoyulub. Vəkil bizə stopun qeyri-qanuni olduğunu dedi. Ona görə də məhkəməyə müraciət etdik. 2024-cü il mayın 10-da məhkəmə qərar çıxartdı və stopu ləğv etdi”, – deyə Pərvin İbrahim qeyd edib.

 

Bundan sonra ailəsi Moldovaya getsə də, Nicat İbrahim “stop”u ləğv etmək üçün əlində olan məhkəmə qərarı ilə aidiyyəti qurumlara müraciət edib.

 

Sentyabrın 9-da ona bildiriblər ki, yüksək vəzifəli şəxslərdən biri onu qəbul edəcək və problem aradan qaldırılacaq.

 

“Nicatı sentbarın 9-da çağırıblar ki, sənədin hazırdır, gəl. Ona deyiblər ki, yüksək vəzifəli şəxslərdən biri səni qəbul edəcək. Yoldaşım da deyilən ünvana gedib və ayın 9-dan onunla əlaqəmiz kəsildi. Sentyabrın 11-də Murad adlı polis vəkil Zibeydə Sadıqovaya zəng edib və Nicatı məhkəməyə çıxaracaqlarını deyib. Məhkəmədən sonra vəkil mənimlə əlaqə saxladı və Nicata 4 ay həbs qətimkan tədbiri seçildiyini bildirdi. O, hazırda Kürdəxanı təcridxanasındadır”, – deyə həyat yoldaşı bildirib.

 

Onun sözlərinə görə, Nicat İbrahim Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər