Əməkdar artist AYNA-nı tənqid etdi: “Bacarmırlarsa, məni çağırsınlar, başa salım”
“Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artıqca, artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görün yolların balacalaşmasından yaranıb”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov “Ekstra müsahibə” layihəsində qonaq olarkən deyib. O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib: