• 27 Dekabr 2024 15:56

İranda ABSURD QƏRAR: 15 yaşlı qızlara…

İranda hamiləlik üçün yaş həddi aradan qaldırılıb, 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi məlumat yayıb.

 

O, bundan öncə tibbi kitablarda azyaşlı qızlar üçün istifadə edilən “yüksək riskli hamilə analar” ifadəsinin çıxarılaraq “xüsusi qayğıya ehtiyacı olan” analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb.

 

Onun sözlərinə görə, artıq ölkədə hamiləliklə bağlı yaş həddi 15-49 yaşdır. İran rəsmisi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin də nəzərdə tutulduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər