Dəyərsiz, özünə hörmət etməyən qadın kimdir? – Məşhurlar dalaşdı
“Əksər qadınlar özünə hörmət qoymur. Bu, bütün qadınlara şamil olunmur. Nə gəldi danışan, hərəkətini bilməyən, həyat tərzi bərbad olan qadınlar az deyil. Bu qadınlar da özünə hörmət qoymur”.
Bu fikirləri “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli “Yeni Sabah”a psixoloq Samirə Bağırovanın “Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır” başlıqlı açıqlamasına şərh edərkən bildirib və fikirlərinə belə davam edib:
“Ancaq güclü, özünə inanan, özünə hörmət edən qadınlarımızda az deyil. Bu xanımlar davranışı, həyat tərz, tərbiyəsi ilə insanlara nümunə olur”.
Müsahibimiz qeyd edib ki, bəzi qadınlar öz həmcinslərinin uğur qazanmaması üçün əllərindən gələni edirlər: