• 27 Dekabr 2024 14:03

Xəbəri olmadan adına 5 şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb – Kürdəmir sakini şikayətçidir – VİDEO

Kürdəmir sakinini işə düzəltmək adı ilə aldadaraq adına 5 şirkət açıblar. Onun külli miqdarda vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub.

 

Tacxeber.com xəbər verir ki, hadisə paytaxtda kirayədə yaşayan Kürdəmir sakini Mehman Fətəliyevin başına gəlib.

 

Mehman Fətəliyev iddia edir ki, ”20-yanvar” dairəsi yaxınlığında tanımadığı bir nəfərlə tanış olub, söhbət əsnasında ona iş təklifi edilib. O, şəxsiyyət vəsiqəsini verib və adına “Asan imza” açılıb. Bundan sonra iş təklifi edən şəxsdən xəbər çıxmayıb. Beləliklə, bir müddət sonra onun ünvanına 45 min manat vergi borcu olduğuna dair məktub gəlib.

 

Vergi borcuna görə ölkədən çıxışına da qadağa qoyulan Mehman Fətəliyev həmin şəxsi axtarsa da, tapa bilmədiyini deyir.

 

Bəs belə vəziyyətlə üzləşən şəxslər nə etməlidirlər?

 

Hüquqşünaslar deyirlər ki, son vaxtlar belə fırıldaqçılıq halları artıb, ona görə də vətəndaşlar şəxsi məlumatlarını məxfi saxlamalıdırlar.

 

Hüquqşünas Şamil Paşayev deyir ki, bu, sübuta yetirilərsə, Mehman Fətəliyevin adına gələn külli miqdarda vergi borcu bu əməli törədən şəxsə ödətdirilə bilər.

 

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Tacxeber.com

Oxşar xəbərlər