Ukrayna Rusiyanın neft anbarını vurdu. Ruslar 4 gündür söndürə bilmirlər
Ukrayna ordusunun zərbələri nəticəsində Krımın Feodosiya şəhərində dörd gündür yanan neft bazasında daha bir anbar partlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Rusiya hökumət orqanları yanğın nəticəsində ətraf ərazilərdən 1137 nəfərin təxliyə olunduğunu bildirmişdi.