• 31 Oktyabr 2024 06:17

Boşanan yalnız GƏNCLƏR DEYİL… – Yaşlılar niyə evliliklərinə SON QOYURLAR?

Son 10 ildə Azərbaycanda boşanmaların sayı artıb. Ötən il Azərbaycanda 21 min 688 boşanma halı qeydə alınıb. Boşananların hamısı yeni ailə qurmuş və ya gənclər deyil. Onların arasında müxtəlif yaş qruplarından olan şəxslər də var.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.

 

50-54 yaş aralağında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların 2023-cü ildə boşanma sayı 366-dır.

 

Boşanmaların sayı ilə bağlı cəmiyyətdə müzakirələr gedərkən yaşlı nəsil gənc nəsli günahkar çıxarır. Onların daha dözümsüz olduğunu bildirirlər. Lakin stastistika yaşlı insanların da boşanma qərarı aldıqlarını göstərir.

 

Maraqlıdır ki, bəs yaşlı insanların boşanmasına nə səbəb olur?

 

Mövzu barədə danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, artıq orta və yaşlı nəslin nümayəndələri də boşanmaya faciə kimi yanaşmır, eqoist həyat tərzi seçməyə başlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər