İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO
Amerikalı milyarder İlon Mask “Tesla”nın avtonom rejimdə çalışan robot taksi elektromobilini (Cybercab – Qeyd) təqdim edib.
Tacxeber.com xəbər verir ki, təqdimat Kaliforniyada baş tutub.
Maskın sözlərinə görə, hazırda ən azı 50 tam avtonom rejimdə çalışan elektrik avtomobili mövcuddur.
Qeyd olunub ki, nəqliyyat vasitəsində sürücü üçün idarəetmə mexanizmləri nəzərdə tutulmayıb. Yəni robot taksi məqsədyönlü şəkildə qurulmuş avtonom avtomobildir, sükan və pedallar yoxdur.